Dənizkənarı Milli Parkda 28 yaşlı gəncin intihara cəhdinin qarşısı alınıb

4 Yanvar 2012 15:52 (UTC+04:00)
Dənizkənarı Milli Parkda 28 yaşlı gənc intihara cəhd göstərib. SİA-nın verdiyi məlumata görə, intihara cəhd edən şəxs Zaqatala rayon sakini Pərviz Mikayılovdur. O Dənizkənarı Bulvarda yerləşən Paraşüt qülləsinin yarısına qədər qalxaraq, oradan özünü atacağını bildirib. Ərazidəki mühafizəçilərin sözlərinə görə, qüllənin aşağı hissəsində aparılan təmirlə əlaqədar qapı açıq olub və vətəndaş fürsətdən istifadə edərək qülləyə çıxıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gəlib, FHN-in psixoloqu Pərviz Mikayılovla söhbət etmək üçün qülləyə qalxıb. Hadisə yerinə Pərviz Mikayılovun ailəsi, həyat yoldaşı və uşağı da gəlib. Qüllədə olarkən P.Mikayılov biləyini bir neçə yerdən kəsərək psixoloqun ona yaxınlaşmasına mane olub. FHN psixoloqu sonda gənci intihar fikrindən daşındıra bilib və onu qüllədən endirməyə nail olub.

Qeyd edək ki, Pərviz Mikayılovun hansı səbəbdən intihar etməyə cəhc göstərməsi hələ ki, məlum deyi. Hazırda faktla bağlı araşdırma aparılır.