Onun sözlərinə görə, \"Eurovision-2012\" müsabiqəsinin keçirilməsi üçün \"Baku Crystal Hall\"un inşası ilə bağlı Dövlət Bayraq Meydanı yaxınlığındakı binaların söküləcəyi və vətəndaşların mülkiyyət hüququnun pozulması barədə bəzi xarici KİV-in iddiaları əsassızdır.
\"Bütün Bakıda, həmçinin qeyd edilən ərazidə görülən işlər şəhərin əvvəlki illərdə pozulmuş infrastrukturunun yeniləşdirilməsini, yol, nəqliyyat və digər infrastruktur layihələrinin həyata keçirilməsini, həmçinin Bakı bulvarının genişləndirilməsini nəzərdə tutan konkret layihələrin icrası ilə bağlıdır. Təəssüf ki, müəyyən maraqlı dairələr \"Eurovision\"a aidiyyəti olmayan məsələləri məqsədyönlü şəkildə siyasiləşdirərək bu tədbirlə əlaqələndirməyə cəhd göstərirlər və bəzi hallarda xarici KİV-lər də məsələni araşdırmadan onların əsassız məlumatlarının təsiri altına düşürlər\", - Ə.Həsənov deyib.
Şahin Abasov, SİA-nın Almaniyadakı xüsusi müxbiri