Bakı - Tbilisi - Bakı dəmir yolu reysinə tələbat artıb

4 Yanvar 2012 13:03 (UTC+04:00)

Yeni il bayramı ilə əlaqədar olaraq Azərbaycandan Gürcüstana və əks istiqamətdə gedən sərnişinlərin sayı artıb. Tələbatı ödəmək məqsədi ilə Gürcüstan və Azərbaycan Dəmir Yolu İdarələrinin razılığı ilə dəmir yolu xətlərinə əlavə qatarlar buraxılıb.


\"Azərbaycan Dəmir Yolları\" Qapalı Səhmdar Cəmiyyətindən SİA-ya verilən məlumata görə, bu reyslər ayın 8-dək sərnişinlərin xidmətində olacaq: "Əgər sonrakı günlərdə də tələbat olarsa Bakı -Tbilisi - Bakı istiqamətində əlavə reyslər fəaliyyətdə olacaq".