Gəncədə 2011-ci il ərzində törədilən cinayətlərin 97 faizinin üstü açılıb. Bu barədə SİA-nın bölgə müxbirinə Gəncə şəhər Baş Polis İdarəsinin rəis müavini İlqar Balakişiyev məlumat verib.
Onun sözlərinə görə qəsdən adam öldürməyə cəhd edən və ya cinayəti həyata keçirən şəxslərin hamsı məsuliyyətə cəlb olunub. Bundan əlavə, hüquq-mühafizə orqanı əməkdaşlarının xətti ilə dövriyyədən 40 kq-dan artıq narkotik vasitə çıxarılıb.
Uzun illər axtarışda olan şəxslərin tapılıb qanun qarşısında cavab vermələri də təmin edilib. Məhz bu sahədə Gəncə şəhər Baş Polis İdarəsi ölkədə öncül yerlərdə durur.
İnsan alverinə qarşı da ötən il keçirilən əməliyyatlar yüksək göstəricilərlə yadda qalıb. Xüsusən qadınları faişəliyə cəlb edən şəxslər qanun aliliyindən yaxa qurtara bilməyiblər. Əxlaqsız yuva kimi adlanan evlər aşkar edilib, belə mənzillərin sahibləri barəsində cinayət işi açılıb.
"Ümumiyyətlə, 2011 ci il Gəncə polisi üçün düşərli olub. Ölkə rəhbərinin göstərişi ilə Gəncə şəhər Polis İdarəsi Gəncə şəhər Baş Polis İdarəsi adlandırılıb. Rəis Rasim Musayev isə qeneral-mayor rütbəsi ilə təltif olnub", - deyə İ.Balakişiyev əlavə edib.
İlham Məmmədov