Türkmənistanın dövlət başçısı yenidən prezidentliyə namizəd oldu

4 Yanvar 2012 09:12 (UTC+04:00)

Türkmənistanın fəaliyyətdə olan prezidenti Qurbanqulu Berdımuhammedov ölkənin Mərkəzi Seçki Komissiyası tərəfindən bu il fevralın 12-də keçiriləcək prezident seçkilərində namizəd kimi qeydə alınıb. İTAR-TASS-a istinadən verilən məlumata görə, bundan əvvəl daha yeddi namizəd qeydə alınıb. Türkmənistan MSK-nın məlumatına görə, qeydiyyat yanvarın ortalarında başa çatacaq. İndiyədək Türkmənistan prezidentliyinə 15 nəfərin namizədliyi irəli sürülüb.


Qurbanqulu Berdımuhammedovun namizədliyi ötən il dekabrın 15-də irəli sürülmüşdü.


Türkmənistanda ilk alternativli prezident seçkiləri 2007-ci ilin fevralında keçirilib. Həmin seçkilərdə qalib gələn Qurğanqulu Berdımuhammedovdanq başqa beş namizəd mübarizə aparırdı.


Türkmənistan Konstitusiyasına görə, bu ölkədə doğulan, yaşı 40-dan 70-ədək olan, dövlət dilini bilən və son 15 il ərzində fasiləsiz Türkmənistanda yaşayan şəxslər prezident seçilə bilərlər. Dövlət başçısı beş il müddətinə seçilir və həm də hökumətə başçılıq edir.