Suraxanıda 48 yaşlı kişı bıçaqlandı

3 Yanvar 2012 17:05 (UTC+04:00)
Bakının Suraxanı rayonu ərazisində bıçaqlanma olub. Hövsan qəsəbəsində yaşayan 48 yaşlı İsa Abbasov naməlum şəxs tərəfindən bıçaqlanlıb. Yaralı 3 saylı Kliniki Xəstəxanaya yerləşdirilib. Kürək nahiyəsindən bıçaq yarası alan İ.Abbasovun vəziyyəti ağırdır. Onu arxadan vuran şəxsin tutululması istiqamətində əməliyyat tədbirləri aparılır.Qeyd edək ki, faktla bağlı cinayət işi başlanıb, araşdırma gedir.