Çində 5 uyğur öldürülüb

3 Yanvar 2012 16:34 (UTC+04:00)

Çinin şimal-qərbindəki Daxili Monqolustan muxtar rayonunda Məscidin sökülməsinə etiraz edən uyğurlarla polis arasında toqquşma baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Muxtar rayonda qarşıdurma yerli hökumətin bu yaxınlarda inşa edilmiş məscidin qeyri-qanuni tikildiyini əsas gətirərək, sökülmə qərarı verməsindən sonra başlayıb..

Etiraz aksiyasının dağıdılması üçün polis gözyaşardıcı qazdan, rezin güllələrdən və dəyənəkdən istifadə edib. Nümayişlərdə xuey adlanan milli azlıqlar da iştirak edib. Nəticədə 5 nəfər öldürülüb.