Bakıda poliklinika yandı
3 Yanvar 2012 16:24 (UTC+04:00)
Bakı şəhəri Nəsimi rayonu ərazisində poliklinika binasında yanğın olub. SİA-nın Fövqəlada Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yanğın poliklinikanın ümumi sahəsi 6 kv.m olan nasosxanasında meydana gəlib. Nasosxananın dam örtüyünün yanar konstruksiyaları 1 kv.m sahədə yanıb.Qeyd edək ki, yanğınsöndürənlər çatana kimi yanğın vətəndaşlar tərəfindən söndürülüb.