Pakistanın \"tayfa zonası\" adlanan bölgəsində yerləşən Orakzay vilayətində həyata keçirilən xüsusi əməliyyat nəticəsində yaraqlılara məxsus 4 sığınacaq məhv edilib. SİA-nın "Miliyyət" qəzetinə istinadən verdiyi xəbərə görə, təhlükəsizlik qüvvələri ilə toqquşmalarda 9 quldur öldürülüb.
Qeyd edək ki, "tayfa zonası" Pakistanın xüsusi ərazisidir. Burda federal qanunlar tətbiq olunmur, polislər isə heç bir səlahiyyətə malik deyillər.