Tunis hökuməti üçüncü dəfə fövqəladə vəziyyətin vaxtını uzadıb

3 Yanvar 2012 14:18 (UTC+04:00)

Tunis hökuməti artıq üçüncü dəfədir ki, fövqəladə vəziyyətin vaxtını uzadır. SİA-nın "Milliyyət" qəzetinə istinadən verdiyi xəbərə görə, ölkə prezidenti Monsef Mərzuki tərəfindən yanvarın 2-də imzalanmış sərəncama əsasən, fövqəladə vəziyyət 31 mart 2012-ci il tarixinədək uzadılıb.