Suriyanın Qaziantep baş konsulluğu tamamilə bağlanıb

3 Yanvar 2012 13:29 (UTC+04:00)

Fəaliyyətini dayandıran Suriyanın Qaziantep baş konsulluğu tamamilə bağlanıb. SİA-nın "Milliyyət" qəzetinə istinadən verdiyi xəbərə görə, Baş konsulluğdakı əşyalar nəqliyyat firması işçiləri tərəfindən avtomobillərə yüklənib.

Suriya prezidenti Bəşər Əsədin portretləri xüsusi diqqətlə avtomobillərə yerləşdirilib. Əşyalar İstanbuldakı səfirliyə aparılıb