"Wall Street-i işğal et" nümayişləri davam edir - FOTO

2 Yanvar 2012 16:13 (UTC+04:00)

Nyu Yorkda "Wall Street-i işğal et!" hərəkatının iştirakçıları yeni ilin gəlişini etiraz aksiyası ilə qeyd ediblər. Yeni ilin ilk günündə Aşağı Manhettendə Zukotti parkına 200-dək nümayişçi toplaşıb. Etirazçılardan bəziləri metal maneələri dağıtmağa çalışıblar. Daha sonra isə qadağan olunmasına baxmayaraq parkda çadır qurulub. 68 nəfər saxlanıb.


Xatırladaq ki, ABŞ-da "Wall Street-i işğal et!" şüarı altında sosial bərabərsizliyə qarşı etirazlar sentyabrda başlamışdı. Etiraz hərəkatı bütün ölkəni bürümüşdü. Noyabrda isə Mənhettandakı Zukotti parkında etirazçıların uzun müddət qaldıqları çadır düşərgəsi dağıdılmışdı.