Dmitri Medvedev Qarabağdan danışdı

26 Dekabr 2011 10:15 (UTC+04:00)

"Son illər ərzində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində tərəflərin mövqeyini yaxınlaşdırmaq üçün ciddi səylər görülüb". SİA-nın xəbərinə görə, bunu Rusiya prezidenti Dmitri Medvedev deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi çərçivəsində aparılan danışıqlarda razılığa gəlmək şansı itirilməyib: "Tərəflərin razılığa gəlmək şansı, şübhəsiz, var. Çünki, hazırda postsovet məkanında mövcud olan münaqişələrdən həlli ən real görünən bəlkə də məhz Dağlıq Qarabağ münaqişəsidir. Hər şey tərəflərin xoş məramı və iradəsindən, qarşılıqlı arqumentləri dinləmək istəyindən asılıdır".

Rusiya prezidenti qeyd edib ki, bu cür problemlərin asan həll yolu yoxdur və yalnız kompromis əsasında razılaşmaq olar: "Tərəflərdən hər biri öz yolunu keçməlidir. Rusiya bu prosesə bundan sonra da kömək etmək niyyətindədir".