SİA-nın məlumatına görə, "Eurovision-2012" İşçi qrupu bu prosesi həyata keçirmək üçün vətəndaşlara elan verilib: "Azərbaycanı "Eurovision" Mahnı Müsabiqəsinin promo-video çarxlarında təmsil etmək istəyirsən?! Elə isə şəkil və özün haqda məlumatı bizə göndər! Yaş həddi yoxdur! Biz məhz səni axtarırıq! Bəli, bəli , SƏNİ!!!".
Müraciətləri göndərmək üçün elektron ünvan və telefon nömrələri də göstərilib. Bununla bağlı "Eurovision Song Contes Baku-2012"nin "facebook" sosial şəbəkəsindəki rəsmi səhifəsindən məlumat almaq mümkündür.