Mustafa Dənizli İranda alıqşlarla qarşılandı!

24 Dekabr 2011 17:30 (UTC+04:00)

İranın "Persepolis" futbol klubunun baş məşqçisi olmağa razılıq verən məşhur türkiyəli futbol mütəxəssisi Mustafa Dənizli, İranda böyük alqışlarla qarşılanıb. Siasport.az saytı xəbər verir ki, "Beşiktaş"ın keçmiş çalışdırıcısı, bu gün "İmam Xomeyni" hava limanında "Persepolis" azarkeşləri tərəfindən böyük coşğu və izdihamla qarşılanıb. İngilis fars və türkcə yazılmış plakatlarda "Evinə xoş gəldin", "Ən böyük Mustafa Dənizli" şüarları əks olunub. Xatırladaq ki, M.Dənizli əvvələr də İran təmsilçisinin sükanı arxasında olub.