“Sumqayıt Şəhər” Türkiyədə hansı komandalarla qarşılaşacaq?
24 Dekabr 2011 17:21 (UTC+04:00)
"Sumqayıt Şəhər" futbol komandasının qış fasiləsi ilə bağlı planları açıqlanıb. Siasport.az saytı xəbər verir ki, Sumqayıt təmsilçisi yanvarın 5-15-də Bakıda hazırlıq keçəcək, yanvarın 16-da isə Türkiyəyə yollanacaq. Yanvarın sonunadək Türkiyədə təlim-məşq toplanışı keçirəcək debütant, 5 yoldaşlıq oyununda gücünü sınayacaq.
Plana görə, baxışa dəvət ediləcək futbolçuların hamısı Bakıda yoxlanılacaq. Heyətə 4 futbolçunun daxil edilməsi planlaşdırılır.