Göyçay avtomobil yolunda yenidənqurma işləri başa çatıb

24 Dekabr 2011 17:17 (UTC+04:00)

Göyçay rayonunun 5 kəndini birləşdirən avtomobil yolunun yenidən qurulması işləri başa çatıb.

SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, istifadəyə verilən yolun təmirinə 2,5 milyon manat sərf olunub.

Uzunluğu 11,6 km olan 4-cü dərəcəli yolun asfalt təbəqəsinin qalınlığı 8 sm, eni isə 6 metrdən artıqdır. Yolun tikintisi zamanı 11 su ötürücüdə 20 metr beton, 80 metr metal boru yerləşdirilib. Bununla da rayonun Şıxbəy, Məlikkənd, Ləhçibulaq, Yalman və Şıxhəmid kəndlərinin 9 min nəfərdən çox sakinin yol problemi həll olunub.


Şamxal Adıgözəlov