Şəmsəddin Hacıyev: \"İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda yeniləşmə və modernləşmə prosesi gedir\" - MÜNASİBƏT

24 Dekabr 2011 14:30 (UTC+04:00)

"Azərbaycan son 8 il ərzində 20-30 ilə sığmayan yol keçib. Prezident İlham Əliyevin yalnız kəmiyyət və keyfiyyət baxımından yox, bütövlükdə Azərbaycanın imici, qüdrətli bir dövlətə çevrilməsi, qısa müddətdə ölkənin keçid dövrünün başa çatması, inkişaf emtəkdə olan ölkələr səviyyəsinə çıxması, sosial proqramların həyata keçirilməsi baxımından görülən misilsiz işləri qiymətləndirməyə söz tapmaq çətindir". Bunu SİA vasitəsilə Prezident İlham Əliyevin 50 illik yubileyinə təbriklərini çatdıran Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, millət vəkili Şəmsəddin Hacıyev deyib.

O bildirib ki, 2003-cü ildən 2011-ci ilədək Azərbaycanın əldə etdiyi uğurların bu səviyyədə olacağına heç kim inanmazdı və bunu sadəcə kiminsə arzusu adlandırardı. Doğrudan da 8 il ərzində ağlasığmayan, misilsiz işlər həyata keçrildi.

"Təbii ki, bu əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin məntiqi davamıdır. Azərbaycanın yeni iqtisadi modelinin hazırlanması və həyata keçirilməsi İlham Əliyevin adı ilə bağlıdır. 2003-cü ildən sonra təmamilə yeni bir dövr - yeniləşmə və modernləşmə başlayıb. Azərbaycan regionun güc mərkəzi, hadisələrin önündə gedən ölkəyə çevrilib. Bu gün Cənubi Qafqaz regionunda iqtisadiyyatın 80-85 faizi Azəbaycanın payına düşür. Azərbaycan regionda, dünya birliyində söz sahibinə çevrilib və bizim məsləhət, razılıq olmadan heç bir iş görülə, layihə həyata keçirilə bilməz. Cəmiyyətin inkişafında şəxsiyyət faktoru, amili çox önəmlidir. Bu mənada yeni dövrün çağırışlarına və tələblərinə cavab verən yeni lider formalaşıb. Biz cənab prezidentimizlə fəxr edir, qürur duyuruq. Azərbayanda gedən işlərin miqyasını, səviyyəsini dərk emtək üçün ölkədən kənara çıxıb və yaxud xaricdə yaşayan insanları dinləmək kifayətdir. Bütün bunlar ölkədə aparılan düzgün və məqsədli siyasətlə bağlıdır. Bir daha cənab prezidenti ad münasibətilə təbrik edirəm. Mən əminəm ki, çox qısa zamanda, yaxın gələcəkdə Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələri sırasına çıxacaq. Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ problemi prezident İlham Əliyevin düşünülmüş, müdrik, uzaqgörən siyasəti ilə həll olunacaq və Azərbaycan bayrağı Şuşada, Laçında, Kəlbəcərdə dalğalanacaq.

Ölkə rəhbəri cənab İlham Əliyevi ürəkdən təbrik edir, ona Azərbaycan xalqı qarşısında gördüyü misilsiz xidmətlərində bütün Azərbaycanın təhsil ictimaiyyəti adından təşəkkürlərimi bildidirəm. Ailəsinə və özünə möhkəm can sağlığı, gələcəkdə daha böyük uğurlar arzulayıram", - deyə millət vəkili əlavə edib.