Cüneyt Biçər həmyerlisini özünə yeni köməkçi təyin etdi

24 Dekabr 2011 14:28 (UTC+04:00)

"Xəzər-Lənkəran" futbol komandasının baş məşqçisi Cüneyt Biçərin yeni köməkçisinin kimliyinə aydınlıq gəlib. Siasport.az saytı xəbər verir ki, türkiyəli mütəxəssisin həmyerlisi Faiq Vural "Xəzər-Lənkəran"ın məşqçisi təyin olunub. Qeyd edək ki, 34 yaşlı mütəxəssis indiyədək Türkiyənin "Manisaspor", "Adana Dəmirspor", "Giresunspor" və "Altay" klublarında çalışıb.