Bakının"Neftçi" futbol klubunun forvardı Araz Abdullayev, məxsus olduğu İngiltərənin "Everton" futbol klubunda debüt edə bilməsə də, əvəzində Yunanıstan çempionatında çıxış etmək şansı qazanıb. Siasport.az saytı xəbər verir ki, futbol üzrə Azərbaycan yığmasının 19 yaşlı sol cinah yarımmüdafiəçini, Yunanıstanın "Panionios" klubu heyətində görmək istəyir. Artıq yunan təmsilçisi, A. Abdullayevlə bağlı "Neftçi"yə rəsmi təklif də göndərib. müraciətdə A.Abdullayevin ayın sonuna kimi bu ölkəyə göndərilməyi xahiş olunur. Xatırladq ki, "Neftçi"də icarə əsasında oynayan Arazın transfer hüquqları İngiltərənin "Everton" klubuna məxsusdur.