Kolumbiyada partlayış: 11 ölü

23 Dekabr 2011 19:39 (UTC+04:00)

Kolumbiyada yanacaq boru xəttində baş vermiş partlayışda 11 nəfər ölüb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, hadisədə daha 45 adam yaralanıb, 30-a yaxın evə isə ciddi ziyan dəyib. Hadisənin benzin və dizelin daşınması nəticəsində yarandığı bildirilib.