Sabah yağış yağacaq

23 Dekabr 2011 17:30 (UTC+04:00)

Dekabrın 24-də axşam və dekabrın 25-də ölkə ərazisində hava şəraitinin yağıntılı olacağı gözlənilir. SİA-nın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumatına görə, sabah Bakıda və Abşeron yarımadasında gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq, gecəyə doğru az yağış yağacağı ehtimal olunur. Mülayim şimal-şərq küləyi əsəcəkhavanın temperaturunun gecə 3-6 dərəcə isti, gündüz 6-11 dərəcə isti olacaq.

Rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, səhər saatlarında duman və çiskin olacaq. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti təşkil edəcək.


Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 6-11 dərəcə şaxta olacağı gözlənilir.