Güllə atıcılarımız Lüksemburqdan 3 medalla dönüblər

23 Dekabr 2011 17:05 (UTC+04:00)
Güllə atıcılarımız Lüksemburqda keçirilən güllə atıcılığı üzrə "Qran-pri" yarışında uğurla çıxış ediblər. Siasport.az saytı xəbər verir ki, yarışda ölkəmizi Afina Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı İradə Aşumovanın rəhbərliyi altında yığma komandamız təmsil edib. Turnirdə 10 metr məsafədəki hədəfə pnevmatik tapançadan atəşaçma yarışlarında İradə Aşumova qızıl və bürünc medala sahib olub. Atıcımız Ruslan Lunev isə eyni məsafədəki mübarizədə ikinci yeri tutub.