Azərbaycan Reqbi Federasiyasının yeni internet saytı təqdim olunub

23 Dekabr 2011 16:16 (UTC+04:00)
Dünən Azərbaycan Reqbi Federasiyasının cari ildəki fəaliyyəti ilə bağlı mətbuat konfransı keçirilib. Siasport.az saytı xəbər verir ki, tədbirdə federasiyanın yeni internet saytının – www.rugby.az təqdimatı keçirilib. Tədbirdə federasiyanın 2011-ci ildəki uğurlarından danışılıb və gələcəkdə görüləcək işlər barədə məlumat verilib.