Gözdən əlillərin xüsusi kompyuter texnologiyaları və səsli proqramları Azərbaycan versiyasında təqdim olunub

23 Dekabr 2011 15:35 (UTC+04:00)

Bu gün Braille Teknik LTD şirkətinin Azərbaycan şöbəsi ölkəmizdə ilk dəfə olaraq gözdən əlillərin xüsusi kompyuter texnologiyaları və səsli proqramların Azərbaycan versiyası təmin olunmasına dair tədbir keçirilib. SİA-nın məlumatına görə, LTD şirkətinin Azərbaycan şöbəsinin müdiri B. İbadullayev çıxışında bildirib ki, şirkət Azərbaycanda ilk dəfə olaraq azərbaycanca JAWS for WINDOWS proqramının mətn oxuyucusunun iki versiyasını təqdim edib.

O qeyd edib ki, bu şirkət dünyada görmə üzrə əlil insanların istifadə etdikləri ən son texnologiyalara daxil olan PEARL kamera skayner və FOX Braille displeylərini nümayiş etdirərək bu texnologiyalar və səsli proqramlar vasitəsi ilə görmə problemli insanların informasiya almaq və ötürmək imkanlarını daha da artırır.

Tədbirdə həmçinin gözdən əlil insanların digər sağlam şəxslərdən asılılığını aradan qaldıra biləcək proqramlar və texnologiyalar haqqında məlumat verərək onların həyatda azad və sərbəst yaşamaları üçün dövlətin və cəmiyyətin qarşılıqlı şəkildə dəstək vermələrinin zəruri olduğunu bildiriblər.