Doktoranturaya qəbul imtahanlarının nəticələri açıqlanıb

23 Dekabr 2011 15:08 (UTC+04:00)
Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Humanitar və İctimai Elmlər Bölməsinin fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul imtahanlarının nəticələrini açıqlayıb. AMEA-nın I vitse-prezidenti Arif Həşimovun SİA-ya verdiyi məlumata görə, Humanitar və İctimai Elmlər Bölməsi üzrə 138 nəfər doktoranturaya qəbul edilib. Qərar AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında qəbul edilib. Qeyd edək ki, dekabrn 21-də AMEA-nın texniki fənlər üzrə doktoranturaya qəbul imtahanlarının nəticələrini açıqlayıb. Həmin nəticələrə əsasən, sözügedən bölmələr üzrə 119 nəfər doktoranturaya qəbul edilib. A. Həşimovun sözlərinə görə, bununla da Azərbaycanda bu il doktoranturaya keçirilən qəbul imtahanları başa çatıb. Yalnız elmlər doktoru proqramı üzrə doktoranturaya qəbul imtahanlarının nəticələri hələ açıqlanmayıb. Bu nəticələr də gələn ilin əvvəlinə kimi açıqlanacaq. Xatırladaq ki, doktoranturada dərslər yanvarın 1-dən başlayacaq.