Norveçdə \"Eurovision-2012\" üçün milli seçimlərin yarımfinalçıları bəlli olub
22 Dekabr 2011 16:00 (UTC+04:00)
Norveçdə milli seçimlərin keçirildiyi \"Melodi Grand Prix\" adlı yarışmada uğur qazanan ifaçıların siyahısı müəyyən olub. SİA-nın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, bunu Norveç milli yayım şirkəti açıqlayıb.
Növbəti mərhələlərdə ölkəni Bakıda keçiriləcək \"Evrovision 2012\" mahnı müsabiqəsində təmsil edəcək iştirakçı bəlli olacaq.
Üç yarımfinaldan ibarət seçimlər 2012-ci ilin 21, 28 yanvar və 4 fevral tarixlərində baş tutacaq.