Son 3 ildə Göygöl rayonunda şagirdlərin sayı təximinən 300-ə yaxın azalıb. Bu barədə SİA-nın bölgə müxbirinə Rayon Təhsil Şöbəsinin müdiri Elburus Atayev məlumat verib. Onun sözlərinə görə, buna səbəb təbii artım və miqrasiyadır. Azalma əsasən rayonun dağ kənqdlərində müşahidə olunmaqdadır. "Əvvəllər bir ailədə ən azı 4 uşaq var idi. İndi isə gənclər daha az uşaqlı olmağa çalışır. Bu kimi məsələlərin böyük təsiri var", -deyə E.Atayev əlavə edib.
İlham Məmmədov