İspaniyanı “Eurovision- 2012”də Pastora Soler təmsil edəcək- FOTO

21 Dekabr 2011 16:28 (UTC+04:00)

İspaniyanı 57-ci "Eurovision" mahnı müsabiqəsindəki təmsilçi məlum olub. SİA-nın esctoday.com-a istinadən verdiyi məlumata görə, adıçəkilən ölkəni müsabiqədə Pastora Soler təmsil edəcək.

İspaniyanın müsabiqə üzrə yayımçısı TVE ölkəni P. Solerin təmsil edəcəyini bəyan edib.

Məlumat üçün bildirək ki, seçilən təmsilçi Pastora Solerin ilk albomu 1994-cü ildə, sonrakı albomları isə 1996-cı və 1999-cü illərdə işıq üzü görüb. Sonuncu albomu olan "Fuente de luna" İspaniyada satış rekordu qırıb. Belə ki, müğənninin albomu 120,000 nüsxə satılıb.

Qeyd edək ki, İspaniya 1961-ci ildən mütəmadi olaraq müsabiqədə iştirak edir. 1968-69-cu illərdə isə İspaniya "Eurovision" mahnı müsabiqəsində qalib olub.