Belçika “Eurovision-2012” mahnı müsabiqəsi üçün mahnı seçiminə başlayıb

21 Dekabr 2011 13:43 (UTC+04:00)

Belçika Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsi üçün mahnı qəbuluna başlayıb. SİA-nın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, müsabiqəsinin 16 yaşlı Laura Van den Brueli (Iris) üçün ölkənin yayımçısı VRT kanalı yanvarın 16-na kimi mahnıları qəbul edəcəyini açıqlayıb.

Məlumat üçün bildirək ki, Belçikanı 57-ci "Eurovision" mahnı müsabiqəsində 16 yaşlı Laura van den Bruel (Iris) təmsil edəcək.

Belçika "Eurovision"un təsisçilərindən biridir və müsabiqədə 1956-cı ildən iştirak edir.

Belçika bu illər ərzində yalnız bir dəfə "Eurovision"un qalibi olub. Ölkə 1986-cı ildə Sandra Kimin ifa etdiyi "J’aime La Vie" ("Mən həyatı sevirəm") mahnısı ilə birinci olub.