\"Dəmir Yolları” QSC qatarlara əlavə 30 ədəd vaqon qoşacaq

21 Dekabr 2011 12:51 (UTC+04:00)

"Azərbaycan Dəmir Yolları" QSC Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. \"Dəmir Yolları" QSC-dən SİA-ya verilən məlumata görə sərnişin sıxlığını azaltmaq üçün Bakıdan dekabrın 29-30-da və yanvarın 2-3-də 668/667 saylı Bakı-Böyük Kəsik-Bakı və 616/615 saylı Bakı-Mingəçevir-Bakı "Ekspress" qatarları xəttə buraxılacaq. Həmçinin dekabrın 29-da və yanvarın 2-də 752/751 saylı Bakı-Tbilisi-Bakı turist qatarı təyin olunacaq. Sərnişin daşımaları departamenti ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20-30 ədəd əlavə vaqon qoşulmasını təmin edəcək.