Latviyanın sabiq prezidenti: \"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması sülh yolu ilə öz həllini tapmalıdır\"

21 Dekabr 2011 11:08 (UTC+04:00)

\"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması sülh yolu ilə öz həllini tapmalıdır\". SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Latviyanın sabiq prezidenti Valdis Zatlers bildirib.

Onun sözlərinə görə, münaqişə ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən irəli sürülən Madrid prinsipləri əsasında ədalətli şəkildə həll olunmalıdır: "Latviyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməz olaraq qalır. Ümidvaram ki, regionda mövcud olan bu problem yaxın gələcəkdə öz həllini tapacaq".

İlkin Nəcəfli