Ermənilər Azərbaycan Ordusunun üzbəüz mövqelərini atəşə tutub

21 Dekabr 2011 09:43 (UTC+04:00)
Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 20-də saat 10.40-dan 12.10-dək və 20.50-dən 20.55-dək fasilələrlə Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qarşı tərəf cavab atəşi ilə susdurulub.