İlham Əliyev: "Faşizmin qəhrəmanlaşdırılmasına qarşı mübarizə aktivləşdirilməlidir"

20 Dekabr 2011 23:55 (UTC+04:00)

Moskvada MDB-nin yaradılmasının 20 illiyinə həsr edilmiş qeyri-formal sammit keçirilir. Azərbaycan prezidenti İlham Əliyev sammit zamanı tarixin saxtalaşdırılması və faşizmin qəhrəmanlaşdırılmasına qarşı mübarizəni aktivləşdirməyə çağırıb.


"Biz tarixi saxtalaşdırmağa, İkinci Dünya müharibəsi hadisələrinin təhrif edilmiş təqdimatının getdiyi bir vaxtda belə şəraitə imkan verməməliyik. Bununla mübarizə aparmalıyıq. Biz birgə səylərimizlə təsdiq etməliyik və öz xəttimizi aparmalıyıq. Bu, çətin olmayacaq, çünki haqq bizim tərəfimizdədir", - deyə dövlət başçısı qeyd edib.


Qeyd edək ki, SSRİ-nin dağılmasından sonra keçmiş sovet ölkələrində Böyük Vətən müharibəsi tarixi yoxlamalara məruz qalıb və faşizm köməkçilərinin qəhrəmanlaşdırılması tendensiyası yaranıb.