Prezident 2012-ci il üçün yaşayış minimumu haqqında qanun imzaladı

20 Dekabr 2011 17:51 (UTC+04:00)

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 2012-ci il üçün yaşayış minimumu haqqında qanunu imzalayıb. SİA-nın məlumatına görə, qanunda 2012-ci il üçün yaşayış minimumu ölkə üzrə 108 manat, əmək qabiliyyətli əhali üçün 116 manat, pensiyaçılar üçün 84 manat, uşaqlar üçün 87 manat məbləğində müəyyən edilib. Qanun 2012-ci il yanvarın 1-dən qüvvəyə minir.