Gələn il Bakı II Beynəlxalq Teatr Konfransına ev sahibliyi edəcək

20 Dekabr 2011 14:28 (UTC+04:00)

Bakıda II Beynəlxalq Teatr Konfransı keçiriləcək. SİA-nın məlumatına görə, bunu jurnalistlərlə açıqlamasında Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov deyib.


Onun sözlərinə görə, 2012-ci il üçün rəhbəri olduğu teatrda bir sıra yeniliklərin və layihələrin təşkili nəzərdə tutulur: "Gələn ilin noyabrında Bakı II Beynəlxalq Teatr Konfransına ev sahibliyi edəcək. Fikrimizcə, növbəti konfransda daha çox ölkələr təmsil olunacaq. Konfrans dörd gün davam edəcək".


İ. İsrafilov əlavə edib ki, teatrda Azərbaycan dramaturgiyasının banisini Mirzə Fətəli Axundovun 200 illiyi ilə əlaqədar beynəlxalq teatr festivalı da keçiriləcək. Festival çərçivəsində bir çox maraqlı tamaşalar nümayiş olunacaq.