Ukrayna prezidenti Türkiyəyə səfər edəcək

20 Dekabr 2011 13:48 (UTC+04:00)

Ukrayna prezidenti Viktor Yanukoviç dekabrın 22-23-də Türkiyəyə rəsmi səfər edəcək. SİA-nın məlumatına görə, ali qonaq Türkiyə prezidenti Abdullah Gül və baş nazir Rəcəb Tayyib Ərdoğanla Türkiyə-Ukrayna Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk yığıncağına qatılacaq. Bununla belə hər iki ölkə arasında bir sıra sənədlərin imzalanması da nəzərdə tutulub.