Prezident İlham Əliyev Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb

20 Dekabr 2011 10:57 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının qeyri-rəsmi yubiley zirvə toplantısında iştirak etmək üçün dekabrın 20-də Rusiya Federasiyasının paytaxtı Moskvaya işgüzar səfərə yola düşüb. SİA-nın məlumatına görə, dövlətimizin başçısını Heydər Əliyev Beynəlxalq Hava Limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.