Prezident Vatslav Havelin vəfatı ilə bağlı başsağlığı verib

19 Dekabr 2011 22:28 (UTC+04:00)

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Çexiya Respublikasının prezidenti Vatslav Klausa başsağlığı verib. SİA-nın məlumatına görə, başsağlığı məktubunda bildirilir: "Hörmətli cənab Prezident, Çexiya Respublikasının keçmiş Prezidenti, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Vatslav Havelin vəfatı xəbəri məni olduqca kədərləndirdi. Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün Çexiya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".