Gələn il Azərbaycan və Ermənistan prezidentləri bir araya gələcək

19 Dekabr 2011 19:45 (UTC+04:00)

Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü gələn ilin əvvəlində baş tuta bilər. SİA-nın məlumatına görə, bunu Bakıda keçirdiyi mətbuat konfransında ATƏT-in Minsk qrupunun səlahiyyətləri başa çatmış həmsədri Bernar Fasye deyib.

Onun sözlərinə görə, "Mən artıq vasitəçilik missiyamı başa çatdırmışam. Lakin güman edirəm ki, prezidentlərin növbəti görüşü gələn ilin ilk aylarında baş tuta bilər"- deyə həmsədir bildirib.