Prezident İlham Əliyev Malayziyanın Ali Başçısına təbrik ünvanlayıb

19 Dekabr 2011 19:25 (UTC+04:00)

Azərbaycan prezidenti İlham Əliyev Malayziyanın Ali Başçısı Əlahəzrət Əl-Mutasimu Billahi Muhibbuddin Tuanku əl-Hac Abdul Halim Muadzam Şah ibni əl-Mərhum Sultan Badlişaha təbrik məktubu ünvanlayıb. SİA-nın xəbərinə görə, məktubda deyilir: "Əlahəzrət, Malayziyanın Ali Başçısı seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Azərbaycan-Malayziya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Ümidvaram ki, dostluq və əməkdaşlıq əlaqələrimizin inkişafı daim xalqlarımızın rifahına töhfələr verəcəkdir. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Malayziya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram\".