Sığorta olunanların sayı artıb

19 Dekabr 2011 13:58 (UTC+04:00)

Azərbaycanda sığorta olunanların sayı ötən ilə nisbətən 30-40 faiz artıb. Bunu Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbəri Namiq Xəlilov jurnalistlərə açıqlamasında bildirib: "Azərbaycanda sığorta bazarı işləyir. Ölkədə kütləvi qaydada sığorta ödəniş verilməsindən imtina olunur, lakin bununla bağlı müraciətlər olur".

N. Xəlilov bildirib ki, sığorta ilə bağlı şikayətlər də var: "İl ərzində 150-200 şikayət daxil olur. Şikayətlər əsaslı olduğu halda, şikayətçilərin hüququ təmin edilir. Mübahisəli hallarda isə bu, məhkəmə predmetinə çevrilir. Ən çox şikayətlər isə avtomobil sığortası ilə bağlıdır.

Onu da qeyd edim ki, ölkədə kifayət qədər sığorta şirkətləri tərəfindən ödənişlər aparılır. Misal üçün, sığorta şirkətləri ötən il 55 milyon manat, bu ilin 10 ayı ərzində isə 50 milyon manatdan çox ödəniş ediblər".