Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub

19 Dekabr 2011 09:32 (UTC+04:00)

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri dekabrın 18-də saat 14.35-dən 14.45-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.