Rusiyaya məxsus gəmi batdı, ölənlər var

18 Dekabr 2011 21:04 (UTC+04:00)

Axtarış-xilasetmə əməliyyatı nəticəsində 14 nəfəri xilas etmək mümkün olub. Oxot dənizində "Kolskaya" gəmisi batıb. Qazma platforması olan gəmidən dənizçilərin xilas edilməsi əməliyyatı bütün gecə davam edib. Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, axtarış-xilasetmə əməliyyatı nəticəsində 14 nəfəri xilas etmək mümkün olub. 4 nəfər ölü tapılıb.


Xilasedicilərin işini hündürlüyü 5 metrə çatan nəhəng dalğalar çətinləşdirib. Xilasetmə əməliyyatı davam etdirilir, xüsusi qərargah yaradılıb.


"Kolskaya" gəmisinin batmasına onun buzqıranının zədələnməsi səbəb olub. Su gəmiyə daxil olmağa başlayandan 20 dəqiqə sonra platforma yana əyilib və gəmi batıb.