Hillari Klinton: \"Yeni ölçülər İrana qarşı təzyiqlərin ciddiliyinə işarədir\"

17 Dekabr 2011 16:40 (UTC+04:00)

Yeni ölçülər İrana qarşı təzyiqlərin ciddiliyinə işarədir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibi Hillari Klinton deyib: "Bizim ölkəmiz də daxil edilməklə, BMT-nin Təhlükəsizlik Şurası və bir sıra ölkə İrana qarşı sanksiyalarını günişləndirib. Bu sanksiyalar artıq təsirini göstərməkdədir. Onlar İranı beynəlxalq ictimaiyyətdən təcrid edib və İranla biznes əlaqələrini riskli, qeyri-mümkün edib".

ABŞ-ın maliyyə naziri Timoti Qaytner isə deyib ki, yeni sanksiyalar Amerikanın gələcək addımlarını müəyyən edəcək: "İranın siyasəti qəbuledilməzdir. İran rəhbərliyi təhlükəli kursundan dönməyincə, ona qarşı ağır iqtisadi sanksiyalar davam etdiriləcək", - deyə o qeyd edib.