Firəngiz Əhmədovada belə xoşbəxt insanlardan idi. Sevilən Tanrı bəndəsiydi. Firəngiz bu gün də yaşayır, sabahda yaşayacaq. Cünki, əbədi ömrünü vaxtilə oxuduğu mahnılarında yaşadır Firəngiz xanım. Azərbaycan radiosu xorunun solistliyindən görkəmli opera müğənnisi səviyyəsinə qədər keçdiyi böyük yaradıcılıq yolu sənətə sonsuz sədaqət, vətənə və xalqa fədakar xidmət məktəbi olub. Milli vokal məktəbinin ənənələrini qoruyub saxlamaqla oynadığı rolların xüsusiyyətlərini dərindən duyması və onlara özünəməxsus tərzdə səhnə həyatı verməsi sayəsində Firəngiz xanım musiqisevərlərin rəğbət və məhəbbətini qazanıb.
Azərbaycan bəstəkarları - F.Əmirovun \"Sevil\"ində Sevil, Ü.Hacıbəyovun \"Koroğlu\"sunda Nigar, M.Maqomayevin \"Nərgiz\" və \"Şah İsmayıl\"ında Nərgiz və Gülzar, C.Cahangirovun \"Azad\"ında Səriyyə, S.Ələsgərovun \"Bahadır və Sona\"sında Sona partiyalarında Şərq qadınının bütün milli koloritini təcəssüm etdirən bu obrazları özünəxas temperamentlə və bütövlüklə yaratmışdır. 1928-ci ildə Bakıda dünyaya göz açan Firəngiz Əhmədova 83 yaşında elə Bakıda da gözlərini əbədi olaraq yumdu.
Bir zamanlar yuzlərlə tamaşaçı qarşısına çıxaraq əvəzedilməz rollarını ifa etdiyi Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsi bu gün onunla son vida mərasiminin keçirildiyi yerə cevrildi. Teatr bəlkədə son illər bu cür izdiham yaşamamışdı. Elm- incəsənət xadimləri, sənət dostları, tələbələri, bütün Firəngiz sevərlər klassik opera səhnəmizin ilk qadın ifaçılarından birini son mənzilə yola salmağa yığışmışdı.
Qızı Sevda xanım isə Firəngiz Əhmədovanın yoxluğunu həmin andan hiss edir: "Ailəsinə coz gözəl ana olub. Son günlər xəstələndi. Cəmi 5 gün xəstə oldu. Həkimlər dedi soyuqdəymədi. Sonra plevmaniya olub dedilər iki gün yataqda yatdı. Eləcə gözümüzün qarşısında gözlərini yumdu".
Uzun illər onunla eyni səhnəni bölüşən Canəli Əkbərov və Şahlar Quliyevdə onunla son vida vərasiminə gəlmişdilər. "Neçə illər biz Firəngiz xanımla bir səhnədə calışmışıq. Hər zaman o səhnəyə cıxanda öz səsi ilə bütün zalı susdururdu. Sənətkar ona deyillər ki o ilk sıradan son sıraya kimi hər kəsə səsinin bütün çalarlarını çatdıra bilsin" deyir Canəli Əkbərov.
Xalq Artisti Şahlar Quliyev isə sənətkarla vida günündə məhs Opera Balet teatrının səhnəsində ilk dəfə Firəngiz xanımla bir səhnəni bölüşdüyü günü belə xatırlayır: "İlk dəfə səhnədə "Koroğlu"operasında biz tərəf müqabili olmuşuq. O Nigarı oynayırdı, hər dəfə səhnəyə yeni obrazla çıxanda elə bil tam başqa insan olurdu, sanki rollarını səhnədə yaşayırdı".
Firəngiz Əhmədova həm də Avropa bəstəkarlarının əsərlərinin gözəl ifaçısı kimi tanınmışdır. D.Puççininin \"Toska\"sında Toska, C.Verdinin \"Aida\"sında Aida partiyalarını ifa etmişdir. F.Əhmədova həm də konsertlərdə Azərbaycan xalq mahnıları və romanslarının Ü. Hacıbəyovun \"Sənsiz\", A.Zeynallının \"Ölkəm\", \"Sual\", Niyazinin \"Arzu\", Ə.Abbasovun \"Heyran olmuşam\", A. Rzayevin \"Oxuma gözəl\", habelə S. Raxmaninovun, P. Çayakovskinin, S. Tanayevin əsərlərini böyük məharətlə ifa etmişdir. Firəngiz Əhmədovanın yaradıcılığı yeni sənətkarlar nəsli üçün daim örnək olub. Azərbaycan vokal ifaçılarının bütöv bir nəsli onun zəngin təcrübəsindən faydalanaraq opera sənətinin inkişafına öz töhfələrini verib. Opera sənətinə gəlişində Firəngiz Əhmədovanın birbaşa rol oynadığından danışan Fidan Hacıyeva deyir ki, ilk günlər səhnədə məhs Firəngiz xanımı təqlid edirdi: " İlk səhnəyə çıxanda Firəngiz xanımın səsi ilə oxuyurdum. Ondan örnək almışdım. Son kursda diplom işimi də məhs Firəngiz xanımın yaradıcılığından yazmışdım. Bu səbəbdən də onunla-tez tez görüşürdük. O bizim həm ailə dostumuz, həm də müəlliməm idi".
Firəngiz Əhmədova əmək fəaliyyətinə gənc yaşlarında ikən başlayıb. O, 1946-1951-ci illərdə Azərbaycan radiosu xorunun, 1951-1988-ci illərdə 1989-1997-ci illərdə isə həmin teatrda ustad dərslərini aparıb. Firəngiz Əhmədova ictimai xadim kimi də səmərəli fəaliyyət göstərib. O, 4-cü çağırış SSRİ Ali Sovetinə və 5-ci çağırış Azərbaycan Respublikası Ali Sovetinə deputat seçilib. Ölkəmizdə opera sənətinin inkişafı sahəsində nailiyyətlərinə görə Firəngiz xanım Əhmədova müxtəlif orden və medallara layiq görülüb, o cümlədən müstəqil Azərbaycan Respublikasının ali mükafatı olan "Şöhrət" ordeni ilə təltif edilib. Xalq artisti Firəngiz Əhmədova ikinci fəxri xiyabanda dəfn olundu.
Allah Rəhmət eləsin.