\"Düşmənlərdən güclü şəxsiyyəyyət\" - FOTO

17 Dekabr 2011 15:45 (UTC+04:00)
Bu gün Azərbaycan Yazıçılır Birliyinin üzvü Teyyub Qurbanovun \"Düşmənlərdən güclü şəxsiyyəyyət\" adlı kitabının təqdimatı keçirilib. SİA-nın məlumatına görə, toplu müəllifin 2-ci kitabıdır.


Kitabda M.C.Bağırovun çoxcəhətli siyasi fəaliyyəti arxiv sənədlər əsasında şərh edilib, Kremlin daşnak- rus hakimlərinin göstərişi ilə 1956-cı ildə qurulan qondarma məhkəmənin bütün ittihamları ifşa olunub. Müəllifin fikrincə M.C.Bağırov Azərbaycan xalqının ən nəhəng və əyilməz tarixi şəxsiyyətlərindəndir.


Kitabdakı faktlar, sənədlər, epizpodlar, xatirələr Bağırovun yaxşı işlərindən, əməllərindən danışır.


Məlumat üçün bildirək ki, kitabın redaktoru filologiya elmləri doktoru Qorxmaz Quliyevdir. Toplu 300 tirajla \"Şirvannəşr\"də çap olunub.


Qeyd edək ki, tədbirdə bir çox ziyalılar iştirak edərək kitab haqqında fikirlərini bölüşüblər.