Enerji borcunu ödəməyənlər bu gün işıqsız qalacaq

17 Dekabr 2011 14:05 (UTC+04:00)

Bu gün "Bakıelektrikşəbəkə" borclu abunəçilərin enerji təchizatını dayandıracaq. Qurumun mətbuat xidmətinin əməkdaşı Nəsimi Paşayevin SİA-ya verdiyi məlumata görə, debütor borcu yaranan abunəçilərin individual qaydada enerji təchizatı dayandırılacaq: "Enerjisı kəsilən abonentlərin yalnız borcu ödənildikdən sonra enerji verilişi bərpa olunacaq.

Bu cür halların olmaması üçün abonentlərdən vaxtlı-vaxtında borclarını ödəmək xahiş olunur.

Xatırladaq ki, borcları bütün poçt bölmələrində, banklarda, həmçinin www.bes.az. saytında onlayn ödəmək mümkündür".