Şabranda yeni turizm obyektleri inşa ediləcək

17 Dekabr 2011 12:15 (UTC+04:00)

Şabranda yeni turizm obyektleri inşa ediləcək. Bunu SİA-ya açıqlamasında Şabran şəhər İcra Hakimiyyətinin başçısı Novruz Novruzov bildirib.

Onun sözlərinə görə, hazırda Şabranda 20 turizm obyekti fəaliyyət göstərir ki, onlardan yalnız 4-ü lisenziyalaşdırılıb.

Bu ilin Turizm ili elan olunması çərçivəsində şəhərə gələn turistlərin sayının artdığını deyən icra başçısı əlavə edib ki, bir neçə layihə icra olunub: "Həmin layihələrdən ən mühümü isə Çıraqqala ərazisində yeni turizm obyektinin tikilməsidir. "Qala Hotel in Spa" adlanacaq. Artıq layihə hazırlanıb və lazımi orqanlara göndərilib. Düşünürəm ki, yaxın vaxtlarda təməl qoyma mərasimi də olacaq".

Novruz Novruzov onu da qeyd edib ki, şəhərdə yeni muzeydə inşa ediləcək: \"Bununla yanaşı, şəhərimizdə 6500 hektar sahə turizmə uyğun seçilib. Həm tarixi, həm ekoloji, həm də turizmin inkişafı ilə bağlı bir çox layihələr hazırlanıb\".