Bu gün Hacıqabulda Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə İdarəsinin yeni tikilən inzibati binasının açılışı olub. SİA-nın Aran bürosunun məlumatına görə, 0.5 ha ərazidə inşa olunan binada Yanğından Mühafizə hissəsi üçün yeni maşın deposu, kazarma, rabitə otağı, idman zalı, anbar, yeməkxana, sanitar qovşağı və qazanxana tikilib.
Tikililər ən müasir səviyyədə qurulub. Açılış mərasimində fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və Yanğından Mühafizə idarəsinin rəisi general mayor Fizuli Əsədov iştirak edib.
Kürdəmir və Sabirabad rayon yanğından mühafizə idarələrinin də yeni binalarının açılış mərasimi olub.
İqbal Mikayılov